Bu gün SOCAR və Norveçin “Equinor” şirkəti arasında Xəzərin Azərbaycan sektorunda perspektiv strukturların işlənməsi haqqında 2 müqavilə bağlanacaq.
"SOCAR “Caspian Oil&Gas” sərgi-konfransı çərçivəsində “Equinor” şirkəti ilə “Dan Ulduzu-Əşrəfi-Aypara” perspektiv strukturlar blokunun kəşfiyyatı və işlənməsi haqqında Production Shearing Agreement (PSA) tipli müqavilə bağlamağı planlaşdırır", - deyə nerft-qaz bazarındakı mənbə “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Bundan başqa, “Equinor” şirkəti ilə “Qarabağ” yatağının işlənməsi haqqında “Risk Service Contract” da imzalanacaq.*
N.Abbasova