SOCAR-ın prezidenti Rövnəq Abdullayev Azərbaycan qazının tədarükü üçün Avropanı ən perspektivli bazar hesab edir.
“Hazırda Avropa ən perspektivli qaz bazarıdır. Azərbaycan qazı tələbat artımı və mövcud təklif arasında fərq nəticəsində Avropada gələcəkdə meydana gələcək çatışmazlığı dolduracaq. Biz Avropa bazarında təbii qaz tədarükçüləri arasında layiqli yerimizi tutacağıq”, - R.Abdullayev çərşənbə günü Bakıda Caspian Oil&Gas 2018 konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan aparıcı qüvvə və regionda reallaşdırılan bütün enerji layihələrinin mərkəzidir. Bunun əsasında Cənub QAz Dəhlizi layihəsi dayanır.
“Həmin layihələrdən həm region ölkələri, həm də müxtəlif şirkətlər xeyir əldə edirlər”, - R.Abdullayev qeyd edib.
O əlavə edib ki, CQD-nin istifadəyə verilməsi ilə üçüncü tərəflər bu layihəyə qoşulmaq və gəlirlərini artırmaq imkanı əldə edirlər. “Türkiyə və Gürcüstan kimi region ölkələri bu iri layihə çərçşivəsində mənfəət əldə edəcəklər, tranzit ölkələr isə beynəlxalq arenada mövqelərini möhkəmləndirəcək”, - SOOCAR-ın prezidenti vurğulayıb. **
B.Rüstəmbəyov