Müdafiə Nazirliyində NATO-nun ekspertlər qrupu ilə görüş keçirilib. Bu barədə nazirlikdən məlumat verilib.
“Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsindəAzərbaycan Respublikasının NATO ilə “Planlaşdırma və Analiz Prosesi (PAP) Tərəfdaşlıq Məqsədləri (TM)” sənədinin Müdafiə Nazirliyinə aid hissəsinin həyata keçirilməsi üzrə NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib”, - nazirlikdən bildiriblər.
Görüşdə müdafiə sahəsində aparılan islahatlar, NATO ilə əməkdaşlıq, PAP proqramı üzrə Tərəfdaşlıq məqsədlərinin yerinə yetirilməsi və mümkün olan yeni Tərəfdaşlıq məqsədləri müzakirə olunub. **
B.Rüstəmbəyov