2017-ci ilin yekunları ürə Bakı Fond Birjasının (BFB) xalis mənfəəti 2016-cı ildə 116,281 min manat məbləğində zərərə qarşı 1 mln. 471,282 min manat təşkil edib.
Birjanın illik maliyyə hesabatına əsasən, 2017-ci il ərzində BFB-nin əməliyyat gəlirləri 2 mln. 764 min manat (artım 3,9dəfə), həmçinin əqdlər üzrə tarif gəliri 2 mln. 712,7 min manat (artım 4,2 dəfə) təşkil edib.
2017-ci ildə birjanın əməliyyat xərcləri 1 mln. 7,86 min manat (azalma 17,3%), əməliyyat gəliri 2016-cı ildə 510,531 min manat əməluiyyat zərərinə qarşı 1 mln. 756,14 min manat (artım 7,4 dəfə) təşkil edib.
Nəticədə, 2017-ci ildə fəaliyətinin yekunları üzrə birjanın vergiöncəsi mənfəəti 1 mln. 843,3527 min manat, vergiyə gəlir üzrə ödənişləri 372,07 min manat təşkil edib.
Maliyyə hesabatına əsasən, 1 yanvar 2018-ci il tarixinə BFB-nin aktivləri 5 mln. 48,073 min manat (artım 57,2%), öhdəlikləri 406,513 min manat (artım 10,2%), kapitalı 4 mln. 641,56 min manat (artım 46,4%) təşkil edir.
BFB-nin nizamnamə kapitalı 1,26 mln. manat təşkil edir. Birjanın səhmdarları 20 təşkilatdır. **
A.Əzizov