İndiyədək Azərbaycanda dəniz yaraqlarından hasil olunan neftin ümumi həcmi 1 mlrd. 42 mln. ton təşkil edib. Bu barədə SOCAR-ın Yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov məlumat verib.
“İndiyədək Azərbyacanın dəniz yataqlarından 1 mlrd. 42 mln. ton neft və 668 mlrd. kubmetr qaz hasil olunub. Quru yataqlardan indiyədək 977 mln. ton neft və 139 mlrd. kubmetr qaz hasil edilib”, - Y.Lətifov çərşənbə günü Caspian Oil&Gas2018 konfransında çıxışında bildirib.
Beləliklə, indiyədək Azərbaycanda hasil olunan neftin həcmi 2,019 mlrd. ton, qazın həcmi 807 mlrd. kubmetr təşkil edib.
Y.Lətifovun sözlərinə görə, indiyədək Azərbaycanda 83 yatağ aşkar olunub, bunun 62-si işlənmə mərhələsindədir. **
N.Abbasova