ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli təşkilatın müxtəlif islahatların aparılması istiqamətində Azərbaycana kömək etməyə hazır olduğunu qeyd edir.
G.Tsereteli Azərbaycanın müstəqilliyinin 100 illiyi münasibətilə prezident İlham Əliyevi təbrik edib.
“Bu fürsətdən istifadə edərək, Azərbaycan Respublikası və ATƏT arasındakı səmərəli əməkdaşlığın davam etdirilməsini arzulayıram. Əmin olun ki, bizim təşkilat əlaqələrimizi daha da möhkəmləndirmək və islahatların genişləndirilməsi, bölgədə sülh və rifaha mane olan çağırışların dəf edilməsi istiqamətində Sizin ölkənizlə sıx işləmək əzmindədir”, - deyə təbrikdə bildirilir.*
F.İsazadə