ABŞ-dakı erməni lobbisi Bakı ilə Vaşinqton arasında əməkdaşlığa xələl gətirməyə və iki dövlət arasında strateji tərəfdaşlıq əlaqələrini pozmağa çalışırlar. Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov belə hesab edir.
“ABŞ ən yüksək səviyyədə Azərbaycanla əlaqələrinin dəyərini xüsusi qeyd edir və birgə əməkdaşlığın davam etdirilməsindən məmnunluğunu açıq göstərir. Lakin Amerikada fəaliyyət göstərən erməni lobbisi və onun təsiri altında olan Kristofer Smit, Bred Şerman kimi konqresmenlər hər vəchlə bu əməkdaşlığa xələl gətirməyə və iki dövlət arasında strateji tərəfdaşlıq əlaqələrini pozmağa çalışırlar. Onlar Amerika dövlətinin deyil, erməni lobbisinin və Ermənistanın maraqlarını müdafiə və ifadə edirlər”, - Ə.Həsənov Facebook sosial şəbəkəsindəki səhifəsində qeyd edib.
Onun sözlərinə əsasən, bu tipli şəxslərin Amerikanın dövlət siyasəti və ABŞ rəsmilərinin Azərbaycana müsbət münasibəti ilə heç bir əlaqəsi yoxdur. **
N.Abbasova