SOCAR şirkəti (ARDNŞ) Xəzər dənizinin Azərbaycan sektorunda “Şəfəq-Asiman” perspektivli strukturunda kəşfiyyat qazma işlərinin yaxşı nəticələrinə ümid edir. Bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bu gün jurnalistlərə bildirib.
“Rəyimizə əsasən, həmin strukturda qaz ehtiyatları var. Düşünürəm ki, qazma işlərinin nəticələri müsbət olacaq və iqi qaz ehtiyatları aşka ediləcək”, - X.Yusifzadə qeyd edib.
Öz növbəsində BP-Azerbaijan şirkətinin geoloji kəşfiyyat və işlənmə üzrə vitse-prezidenti Qreq Rayli jurnalistlərə məlumat verib ki, “Şəfəq-Asiman” perspektivli strukturunda ilk kəşfiyyat quyusunun qazma prosesində “Heydər Əliyev” yarımdalma qazma qurğusundan istifadə olunacaq.
“Biz “Şəfəq-Asiman” perspektivli strukturda qaz ehtiyatlarının olduğunu nəzərdə tuturuq. Həmin meydançada ilk kəşfiyyat quyusunun qazma işlərinə 2019-cu ildə başlanacaq”, - o qeyd edib. **
N.Abbasova