Prezident İlham Əliyev hesab edir ki, Qarabağ münaqişəsinin tezliklə həlli bölgəyə sabitlik və sülh gətirəcək.
"Münaqişənin tezliklə həlli bölgəyə sabitlik, sülh gətirəcək.Münaqişənin tezliklə həlli üçün, ilk növbədə, Ermənistan öz işğalçı qüvvələrini işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarmalıdır və dünyanın ən ali qurumu olan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməlidir”, – deyə dövlət başçısı bu gün müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edərkən bildirib.
O, Qarabağ münaqişəsi ilə bağlı Azəerbaycanın ədalətli mövqeyinin dəstəklənməsinə görə müsəlman ölkələrinə minnətdarlığını bildirib.
Prezident İ.Əliyev vurğulayıb ki, işğal nəticəsində tarixi, dini abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən dağıdılıb. “Bu, misli görünməmiş vandallıqdır”, - deyə o əlavə edib.*
A.Əzizov