Azərbaycan iri qaz ehtiyatlarına malikdir və Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi beynəlxalq satış bazarlarına çıxış imkanı yaradacaq. Bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bu gün jurnalistlərə bildirib.
“Azərbaycan iri qaz ehtiyatlarına malikdir, potensialımız çox yüksəkdir. CQD qazı beynəlxalq bazarlara çıxarmağa imkan yaradacaq. Bu layihə həm Azərbaycan, həm Gürcüstan, Türkiyə və Avropa üçün böyük əhəmiyyət kəsb edir”, - X.Yusifzadə deyib.
O qeyd edib ki, Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ilə Azərbaycan bu dəhliz vasitəsilə ixraca yönəldiləcək qaz hasilatını kifayət qədər artıracaq.
“Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” layihəsinin qazından başqa, indi növbədə “Ümid-Babək” bloku və “Abşeron” yatağının işlənməsidir. İndiyədək hasil etdiyimiz qaz həcmləri bizə kifayət edirdi və onları artlrmağa ehtiyac olmurdu. Lakin CQD-nin istifadəyə verilməsi ilə qaz hasilatında mühüm səviyyədə artım gözlənilir”, - X.Yusifzadə vurğulayıb. **
N.Abbasova