Anar Həsənov “AccessBank”ın İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraçısı təyin olunub. Bu barədə bankın məlumatında deyilir.
“Bu gün "AccessBank"ın Müşahidə Şurasının iclası keçirilib. İclasda qəbul olunan qərara əsasən, bankın İdarə Heyətinin sədri Rolf Reyxardtın səlahiyyət müddəti bitdiyi üçün bu vəzifəni müvəqqəti olaraq İdarə Heyəti sədrinin birinci müavini və baş əməliyyat inzibatçısı A.Həsənov icra edəcək”, - deyə məlumatda bildirilir.
A.Həsənovun İdarə Heyətinin sədri vəzifəsinə namizədliyi irəli sürülüb və baxılması üçün bank tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət olunacaq.
A.Həsənov 15 ildən çoxdur ki, “AccessBank”da çalışır. O, 2017-ci ildən İdarə Heyəti sədrinin 1-ci müavini və baş əməliyyat inzibatçısı vəzifəsinə təyin olunub.*