Prezident İlham Əliyev bəyan edib ki, İslam həmrəyliyinin möhkəmləndirilməsi ölkənin xarici siyasətinin əsas prioritetidir.
“Bizim üçün İslam həmrəyliyini möhkəmləndirmək xarici siyasətimizin əsas prioritet məsələlərindən biridir”, - İ.Əliyev bu gün müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edrəkən bildirib.
O xatırladıb ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan dövlətinin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirir. “Dəfələrlə bəyan etmişdir ki, Azərbaycan İslam həmrəyliyi məsələlərində çox önəmli rol oynayır”, - preZident qeyd edib.
Həmçinin dövlət başçıçı vurğulayıb ki, Azərbaycan İslam mədəniyyətinin dünyada təqdim edilməsində də mühüm rol oynayır.
“Bir çox Avropa ölkələrində keçirdiyimiz sərgilər, təqdimatlar, digər mədəni tədbirlər İslam mədəniyyətini təbliğ edir, İslam dəyərlərini təcəssüm etdirir. Biz bu siyasəti bundan sonra da davam etdirəcəyik”, - İ.Əliyev bəyan edib. **
F.İsazadə