Azərbaycan 2018-ci ilin yanvar-aprel aylarında $485,3 mln. məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 19,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Bu ilin yanvar-aprel aylarında ixracın strukturunda əsas həcm elektrik enerjisi ($47,3 mln.), pomidor ($42,5 mln.), ilkin formada polietilenin ($35 mln.) payına düşüb.
Bu dövrdə Azərbaycan daha çox meyvə və tərəvəz ($111,1 mln.) ixrac edib
Yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft məhsullarını idxal etmiş ölkələrin ilk beşliyində Rusiya ($135,4 mln.), Türkiyə ($127,2 mln.), Gürcüstan ($52,5 mln.) İsveçrə ($39,6 mln.) və Çin ($16 mln.) qərarlaşıb.
Azərbaycan 2017-ci ildə $1 mlrd. 538 mln. məbləğində qeyri-neft məhsulları ixrac edib.
**
B.Rüstəmbəyov