Bakı DağlıqQarabağ münaqişəsinin nizamlanması üçün İrəvanla substantiv danışıqlara hazırdır. Bunu AzərbaycanXarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyevdeyib.
“Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş əldə etmək üçün substantiv danışıqlara hazırdır”, - H.Hacıyev “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, substantiv danışıqlar vasitəsilə “Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını təmin etmək” lazımdır.
H.Hacıyev əlavə edib ki, yüksək səviyyəli görüşün keçirilməsi barəsində Ermənistan tərəfindən Bakıya təklif daxil olmayıb. “Bu cür təklif daxil olduğu halda ictimaiyyətə bu barədə məlumat veriləcək”, - o qeyd edib. **
F.İsazadə