Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Monqolustanın Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Fərman cümə axşamı prezidentin saytında dərc olunub.
Memorandumu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Monqolustanın xarici işlər naziri Damdin Tsogtbatar imzalayıb. **
F.İsazadə