2018-ci ilin yanvar-may aylarında manat dollara nisbətən 0,01% möhkəmlənib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Mərkəzi Banka (AMB) istinadən məlumat verir.
Cari ilin may ayında manatın dollara nisbətən orta məzənnəsi 1,7 AZN/$1 təşkil edib ki, bu da aprel ayının göstəricisinə uyğundur.
Yanvar-may aylarında manat avroya nisbətən 2,35% möhkəmlənib. May ayında manat avroya qarşı 3,83% bahalaşıb (aprel ayında 1,5% bahalaşıb).
2017-ci ildə manat dollara nisbətən 4% bahalaşıb, avroya nisbətən 8,9% ucuzlaşıb.
2016-cı ildə manat dollara nisbətən 13,6%, avroya nisbətən 19,5% ucuzlaşıb.*
A.Əzizov