Azərbaycan -İran dövlət sərhədini qanunsuz keçmək istəyən Banqladeş vətəndaşları saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilir.
“DSX-nin hərbi qulluqçularının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayonu ərazisində Azərbaycan Respublikası ərazisindən İran İslam Respublikası istiqamətində hərəkət edən 4 nəfər əcnəbi aşkar olunub”, - məlumatda deyilir.
Araşdırma zamanı həmin şəxslərin Banqladeş vətəndaşları Hossain MD Lokman və Hossain MD Rintunun Avrasiya Universiteti, İslam Saiful və Talukdar MD Aminul İslamın Azərbaycan Texniki Universitetinin tələbələri olmaları müəyyən edilib.
“Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir”, - məlumatda qeyd olunur. **
F.İsazadə