Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2018-ci ilin may ayında valyuta hərraclarında $422,7 mln. məbləğində valyuta satıb. Bu barədə Fonddan məlumat verilib.
"ARDNF bu ilin may ayında valyuta hərraclarında $422,7 mln. məbləğində valyuta satıb", - məlumatda bildirilir.
Xəbər verildiyi kimi, Fond 2018-ci ilin aprel ayında valyuta hərraclarında $802,6 mln. məbləğində valyuta satışı həyata keçirib. Beləliklə, cari ilin may ayında valyuta satışının həcmi aprel ayı ilə müqayisədə 47,4% azalıb.
Ümumilikdə, yanvar-may aylarında valyuta hərraclarında $2 mlrd. 535,3 mln. məbləğində valyuta satılıb (ötən ilin yanvar-may ayları ilə müqayisədə artım 1,9 dəfə - İF).
Fond 2017-ci ildə valyuta hərraclarında $3 mlrd. 597,8 mln. məbləğində valyuta satıb, bu da 2016-cı ilin göstəricisindən 26,3% azdır. **
N.Abbasova