30 aprel 2018-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 27 mlrd. 651,4 mln. manat təşkil edir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Xəbər verildiyi kimi, 1 yanvar 2018-ci il tarixinə bankların aktivləri 27 mlrd. 921 mln. manat məbləğində olub. Beləliklə, 2018-ci ilin yanvar-aprel aylarında bankların aktivləri 1% azalıb.
Aprelin 30-na bankların kredit portfeli 11 mlrd. 422,6 mln. manat (bu ilin yanvar-aprel aylarında artım 0,7% - İF) təşkil edir.
Qeyd olunan tarixə Azərbaycanda bankların ümumi kapitallaşması 3 mlrd. 871,7 mln. manat (artım 4,4 % - İF) təşkil edir.
2018-ci il mayın əvvəlinə bankların öhdəlikləri 23 mlrd. 779,7 mln. manata (azalma 1,8%), Mərkəzi Bank qarşısında öhdəlikləri 457,5 mln. manata (azalma 9,9%) bərabərdir.
31 aprel 2018-ci il tarixinə respublikada 30 bank fəaliyyət üçün lisenziyaya malikdir. Bu bankların 15-i xarici kapitallıdır.
Aprel ayının sonuna bankların 511 filialı və 143 şöbəsi var.
Azərbaycanın bank sektorunda 16,503 min nəfər (artım 2,1%) çalışır.**
N.Abbasova