Hərbi Dəniz Qüvvələrinin (HDQ) qərargahında Beynəlxalq Ordu Oyunları çərçivəsində Bakıda keçiriləcək “Dəniz Kuboku-2018” müsabiqəsinə hazırlıq üzrə təşkilat komitəsinin ilk görüşü keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Görüşdə gəmilərin və dəniz infrastrukturunun hazırlığı ilə bağlı məsələlər müzakirə olunub və aidiyyəti üzrə tapşırıqlar verilib”, - məlumatda deyilir.
Cari ilin iyulun 31-dən avqustun 10-dək Xəzər dənizinin ölkəmizə aid ərazi sularında keçiriləcək “Dəniz Kuboku-2018” müsabiqəsində Azərbaycan, Rusiya, Qazaxıstan və İran hərbi dənizçilərinin iştirakı planlaşdırılır. **
B.Rüstəmbəyov