30 aprel 2018-ci il tarixinə əhalinin bank əmanətləri 7 mlrd. 813,5 mln. manat təşkil edir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatında qeyd edilir.
2017-ci ilin sonuna banklarda əhalinin əmanətləri 7 mlrd. 542,5 mln. manat həcmində qiymətləndirilir. Beləliklə, 2018-ci ilin yanvar-aprel aylarında əhalinin bank əmanətləri 3,6% artıb.
Apreldə əhalinin banklardakı əmanətləri 233,5 mln. manat və ya 3,1% artıb.
Aprelin 30-na əhalinin bank əmanətlərinin strukturunda müddətli əmanətlər 5 mlrd. 407,6 mln. manat (yanvar-aprel aylarında artım 4,2% - İF), tələbli əmanətlər 2 mlrd. 405,9 mln. manat (artım 2,2%) təşkil edib.
2018-ci ilin aprel ayının sonuna banklarda hüquqi şəxslərin depozitləri 9 mlrd. 144,6 mln. manat (yanvar-aprel aylarında azalma 2,3%) həcmində qiymətləndirilir.
Bütövlükdə, 30 aprel tarixinə banklarda əmanət və depozitlərin ümumi həcmi 16 mlrd. 958,1 mln. manat (artım 0,4%) təşkil edir.*
N.Abbasova