Azərbaycan və Rusiya gömrükçüləri sərhəd-keçid məntəqələrində buraxılışın müntəzəmliyinin təmin edilməsinə dair işçi protokolu imzalayıblar. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında deyilir.
"Görüşdə qarşılıqlı əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə edilib, ilkin məlumat mübadiləsi, yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosesinin sinxronlaşdırılması və digər sahələrdə səylərin artırılmasının vacibliyi vurğulanıb”, - deyə məlumatda bildirilir.
Tərəflər sərhədkeçmə prosesinin sürətli həyata keçirilməsi, kənd təsərrüfati məhsullarının, xüsusilə Azərbaycanın ən böyük ixracatçı şirkətlərindən biri olan "Amoris" şirkətinin Rusiya Federasiyasına ixrac etdiyi alma və pomidor məhsullarının sərhədkeçmə prosesində yaranan problemlərinin operativ şəkildə aradan qaldırılması istiqamətində müzakirələr aparıblar.
Bununla belə DGK “Amoris” şirkətinin üzləşdiyi problemlərin mahiyyəti barədə açıqlama vermir.*
B.Rüstəmbəyov