Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun binasında yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında deyilir.
“Dövlət Sosial Müdafiə Fondunun yerləşdiyi doqquzmərtəbəli binanın 7-ci mərtəbəsində ümumi sahəsi 13 m2 olan iş otağında ofis mebelləri və sənədlər yanıb. Yanğın zamanı 30 nəfər işçi yanğınsöndürənlər tərəfindən təxliyə olunub”, - deyə məlumatda bildirilir.
Digər otaqlar yanğından mühafizə olunub. Yanğın söndürülüb.*
A.Əzizov