Azərbaycanın Hindistandakı səfiri Əşrəf Şıxəliyev etimadnaməsini Hindistan prezidenti Ram Nath Kovina təqdim edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliynə Xarici İşlər Nazirliyindən məlumat verilib.
“Söhbət zamanı prezident qeyd edib ki, Hindistan energetika, ASK, əczaçılıq, turizm, İT, kinosənayesi sahələrində Azərbaycanla əməkdaşlıqda maraqlıdır”, - nazirlikdən qeyd ediblər.
R.N.Kovin vurğulayıb ki, Azəörbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin əsas iştirakçılarından biridir. Bununla əlaqədar, o, iki ölkə arasında ticarət dövriyyəsinin artımının vacibliyini qeyd edib. **
B.Rüstəmbəyov