Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Əmək və Sosial İnkişaf Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanacaq.
Nazirliyin məlumatına əsasən, Beynəlxalq Əmək Təşkilatının (BƏT) Beynəlxalq Əmək Konfransının 107-ci sessiyası çərçivəsində iki ölkənin naziri Sahil Babayev və Ali bin Nasser Al Ghafees arasında görüş keçirilib.
Həmsöhbətlər “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Əmək və Sosial İnkişaf Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun layihəsinin hazırlandığı və yaxın vaxtlarda imzalanmasının mümkünlüyü qeyd ediblər. **
B.Rüstəmbəyov