Brüssel və Bakı 2019-cu ildə strateji tərəfdaşlığa dair sazişin imzalanmasına ümid edir. Bunu Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı Günter Ottingerdeyib.
Öncə xəbər verilib ki, danışıqlar 2018-ci ilə başa çata bilər.
“Azərbaycanla Aİ arasında strateji tərəfdaşlıq üzrə yeni sazişə dair bir neçə məsələlər üzrə artıq razılıq əldə olunub. Lkain bu, kompleks danışıqlardır. Hazırda əsasən ticarətlə əlaqədar müəyyən fikir ayrılıqları var. Əgər Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü olsaydı, hər şey daha asan olardı”, - G.OttingerADA Universitetində "Qlobal hadisələr fonunda Aİ ilə Azərbaycan arasındakı əlaqələrin əhəmiyyəti" mövzusunda mühazirə ilə çıxışında bildirib.
Onun sözlərinə görə, gələn ilin oktyabr ayında 6 Avropa komissarının mandatının vaxtı bitir. “Biz Azərbaycan hökuməti ilə birlikdə bu zamana kimi sazişi imzalamağa çalışacağıq. 2019-cu ildə əməkdaşlıq və tərəfdaşlığa dair sazişin 20 ili tamam olur. Düşünürəm və ümid edirəm ki, gələn il yeni saziş hazır olacaq”, - G.Ottingerəlavə edib. **
F.İsazadə