Azərbaycan hökuməti2018-ci ilin sonuna kimi Bakıda OPEK+ formatında toplantı keçirməyi planlaşdırır. Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov CBC telekanalına verdiyi müsahibədə deyib.
“OPEK-in baş katibi Məhəmməd Barkindonun 2018-ci ilin mart ayında Azərbaycana səfəri zamanı biz Bakıda OPEK+ formatında növbəti tədbirin keçirilməsini razılaşdırmışıq. Hazırda bu məsələ ilə bağlı danışıqlar aparırıq, ona görə, dəqiq tarixi deyə bilmərəm. Əsas odur ki, belə bir niyyət var və bu il Bakıda bu toplantını keçirməyi planlaşdırırıq”, - deyə nazir qeyd edib.
P.Şahbazovun sözlərinə görə, AzərbaycanOPEK və bir sıra qeyri-OPEK dövlətlərinin imzaladığı neft hasilatının azaldılması haqqında bəyannamə çərçivəsində kartellə uğurlu şəkildə əməkdaşlıq edir.
“Həmin bəyannamə neft bazarının sabitləşdirilməsinə yönəlib və bu sənəd çərçivəsində biz hamı üçün çox faydalı olan əməkdaşlığı inkişaf etdiririk”, - deyə o bildirib.*
N.Abbasova