2017-ci ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları $41 mlrd. 141,1 mln. və ya ÜDM-nin 100,9%-ni təşkil edib. Bu barədə Hesablama Palatasının məlumatında deyilir.
"2017-ci ilin sonuna Azərbaycanın valyuta ehtiyatları $41 mlrd. 141,1 mln. o cümlədən Dövlət Neft Fondunun aktivləri $35 mlrd. 806,5 mln., Mərkəzi Bankın ehtiyatları $5 mlrd. 334,6 mln. təşkil edib. Bütövlükdə ölkənin valyuta ehtiyatları ötən il üçün ÜDM-nin 100,9%-nə ekvivalentdir", - deyə məlumatda bildirilir.
Azərbaycanın valyuta ehtiyatları 2017-ci ilin sonuna ölkənin xarici borcundan 2,9 dəfə çoxdur.*
A.Əzizov