Əmlak Məsələləri Dövlət Komitəsi(ƏMDK) S.Kərimov adına Kür-Təcrübi Nərə Balıqartırma Zavodunun satışı üzrə investisiya müsabiqəsi elan edib. Bu barədə ƏMDK-dən məlumat verilir.
Müsabiqədə yerli hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.
İnvestisiya müsabiqəsi müəssisənin fəaliyyət sahəsinin genişləndirilməsi və əlavə istehsal (xidmət) sahələrinin yaradılmasına yönəlməlidir.
İnvestisiya proqramının ümumi dəyəri azı 3 mln. manat olmalıdır.
Proqrama mövcud tikili və qurğuların bərpası və ya yenilərinin inşasına dair təkliflər;
balıqların yetişdirilməsi və onların artım tempinin yüksəldilməsi sahəsində müasir texnoloji həllərin tətbiqinə dair təkliflər; balıqyetişdirmə işinin səmərəliliyinin artırılması məqsədi ilə bir istehsal ili daxilindəki balıqartırma mövsümlərinin sayının artırılmasına dair təkliflər;
istehsal olunan məhsulların çeşidi və/və ya növünün artırılmasına dair təkliflər;
yeni iş yerlərinin yaradılmasına dair təkliflər (20-dən az olmayaraq) daxil olmalıdır.
Bundan əlavə, iddiaçılar təklif olunmuş investisiya həcminin ümumi məbləğinin 5%-ə qədərini müəssisənin hesablaşma hesabına köçürülməlidir.
Müsabiqənin qalibi 90 təqvim günü müddətində ən azı 750 min manat vəsaiti dövlət büdcəsinə köçürməlidir.
После подписания договора победитель конкурса должен в течение 60 календарных дней перечислить на счет общества 5% от заявленного объема инвестиций.
Müəssisənin alqı-satqı müqaviləsi imzalandığı tarixdən 60 gün müddətində təklif olunmuş investisiya həcminin ümumi məbləğinin 5%-ni müəssisənin hesablaşma hesabına köçürməlidir.
İddiaçıların ərizə və təkliflərinin qəbulu 2 iyul 2018-ci il tarixinədək aparılır. Təkliflərin qiymətləndirilməsi iyulun 4-də keçiriləcək. **
N.Abbasova