Ermənistanın yeni baş naziri Nikol Paşinyan ABŞ-a səfər etməyi planlaşdırır. Bu barədə Ermənistanın XİN başçısı Zoqrab Mnatsakanyan deyib.
“Ermənistanın baş naziri ilk səfərlərinə artıq başlayıb. Bu həftə o Gürcüstana səfər edib. Baş nazirin gündəliyində xarici əlaqələr çox mühüm funksiyadır. Təbii ki, həmçinin ABŞ istiqamətlərdən biridir”, - Z.Mnatsakanyan “Azadlıq” radiostansiyasının erməni xidmətinin efirində bildirib.
“Biz, o cümlədən ABŞ və digər ölkələrdən olan tərəfdaşlarımızı salamlamağa şad olacağıq. Bu, həyata keçirdiyimiz işdir, bəzi istiqamətlər üzrə isə ən yaxın zamanda reallaşdıracağıq”, - nazir qeyd edib. **