Azərbaycan 2018-ci ilin yayında Dubayda Ticarət Evi açacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindın məlumat verilib.
"Yaxın 2 ay ərzində Azərbaycan Dubayda Ticarət Evi açacaq", - deyə məlumatda bildirilir.
Daha əvvəl iqtisadiyyat naziri Şahin Mustafayev bildirmişdi ki, Azərbaycan Rusiya, Çin və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Ticarət evləri açmağı planlaşdırır. "Biz Rusiya, Çin və BƏƏ-də Ticarət evlərinin açılması imkanlarını nəzərdən keçiririk. Bundan başqa, yaxın vaxtlarda Azərbaycanın Latviya və Ukraynada Ticarət evləri açılacaq", - deyə o qeyd edib.
Hazırda Belarusda Azərbaycan Ticarət Evi fəaliyyət göstərir.*
B.Rüstəmbəyov