“Azərişıq” ASC nizamnamə kapitalını 14,9% - 1 mlrd. 678 mln. 705 min 343,47 manatadək artıracaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
Bu qərar Nazirlər Kabineti tərəfindən qəbul olunub.
Hazırda ASC-nin nizamnamə kapitalı 1 mlrd. 460 mln. 633,532 min manata bərabərdir.
Nizamnamə kapitalının artımı səhmlərin əlavə emissiyası hesabına həyata keçiriləcək. Bununla yanaşı, tədavüldə olan səhmlərin sayı 839 mln. 352,671 minədək artacaq.
Nazirlər Kabineti ƏMDK, Maliyyə Nazirliyi, Vergilər Nazirliyiy, MBNP və “Azərişıq”ASC-yə nizamnamə kapitalının artırılması ilə bağlı məsələləri həll etməyi tapşırıb.
Azərbaycan prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC “Azərişıq” ASC-yə çevrilib.
“Azərişıq” ASC-nin funksiyasına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir. **
N.Abbasova