Azərbaycanın hüquq-mühafizə orqanları bazar ertəsi Azərbaycanın Rusiya ilə sərhəd rayonlarında illik ənənəvi “Sərhəd-sipər” əməliyyatlarına başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
“Əməliyyatlar hüquq-mühafizə orqanları tərəfindən ölkənin şimal-qərb və şimalında, Rusiya dövləti ilə həmsərhəd rayonlarında keçirilir”, - nazirlikdən qeyd olunub.
Rayonların girişində polis postları qurulub.
Əməliyyatlar iyun ayının 10-dək davam edəcək.
“Sərhəd-sipər” əməliyyatları Rusiya ilə Azərbaycan arasında qəbul olunmuş razılaşmaya əsasən aparılır. Əməliyyatların məqsədi transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrasıdır. **
A.Əzizov