2018-ci ilin yanvar-aprel aylarında 20 iri dövlət və özəl şirkət tərəfindən Azərbaycandan qeyri-neft məhsullarının ümumi ixrac həcmi $288,97 mln. təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
"2018-ci ilin yanvar-aprel aylarının yekunları üzrə dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ($64,3 mln.), özəl şirkətlər arasında isə “Azerbaijan International Mining Company” ($31,8 mln.) qeyri-neft məhsullarının ən iri ixracatçısı olub", - məlumatda bildirilir.
Dövlət şirkətləri arasında qeyri-neft məhsullarının ən iri ixracatçıları sırasına "Azərenerji" ($47 mln.) “Det-al Aluminum” ($38,7 mln.), CTS-Agro MMC ($6,7 млн), "AzerGold" QSC ($6,7 mln.), “Azərbaycan Hava Yolları” QSC ($5,6 mln.), “SOCAR Methanol” ($2,6 mln.), “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC($2,5 mln.) daxildir.
Qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk beşlikdə "MTK Istehsalat Kommersiya" MMC ($15,8 mln.), Baku Steel Company ($13,1 mln.),«Aqrodoctor» MMC ($9,3 mln.), «Metalcilar-2» MMC ($8,4), «Qala meyvə–tərəvəz ixracat idxalat» MMC ($7,8 mln.), «Sun Food» MMC ($7,7 MLN.), «RAM Beynəlxalq Nəgliyyat və Ticarət LTD» ($7,6 млн) təmsil olunur.
Azərbaycan bu ilin yanvar-aprel aylarında $485,3 mln. məbləğində qeyri-neft məhsulu ixrac edib. **
N.Abbasova