Azərbaycan və Gürcüstan sərhəddə vahid inzibati binanın tikintisinə dair danışıqlar aparır. Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.
“Əgər danışıqlar uğurlu olarsa, bu regionda iki ölkənin gömrükçülərinin fəaliyyət göstərəcəyi ilk inzibati bina olacaq”, - S.Mehdiyev bildirib.
Onun sözlərinə görə, məsələnin müsbət həlli halında bu, ticarətin sadələşdirilməsinə səbəb olacaq və keçid məntəqələri vasitəsilə vətəndaşların və yüklərin keçirilməsini sürətləndirəcək. **
B.Rüstəmbəyov