Azərbaycan, ABŞ və İndoneziyada karbamid buraxılışı üzrə yeni müəssisələrin istifadəyə verilməsi 2018-ci ildə dünya bazarında tələbat və təklif arasında disbalans yaradacaq. Rusiya bazarında əsas
mineral gübrə istehsalçılarından biri olan “Akron” şirkətlər qrupunun analitikləri belə hesab edirlər.
“Cari il Azərbaycan, ABŞ və İndoneziyada yeni istehsal sahələrinin istifadəyə verilməsi nəticəsində dünya bazarında karbamidə tələbat və təklif arasında disbalans 10%-ə çatacaq. Karbamid buraxılışı üzrə dünya gücləri 3 mln. ton - 194 mln. tonadək artacaq. Təödsrüklərin qismən artımı Çin tərəfindən ixracın 2 mln. ton azalması və Küveytdə 1 mln. ton həcmində kompleksin bağlanması ilə tənizmlənəcək”, - şirkətin ekspertləri proqnozlaşdırır.
“Akron”un qiymətləndirmələrinə əsasən, 2018-ci ildə karbamid istehlakı 0,7% - 174 mln. tonadək artacaq. Eyni zamanda, ümumi istehlakın 20%-ni təşkil edən sənaye karbamidinə tələbat 3% artacaq.
“Cari il qlobal bazarda güclərin əhəmiyyətli artımı başa çatacaq. 2019-cu ildən etibarən istehlak artımının istehsal artımını üstələyəcəyi gözlənilir. Bu, tələbat və təklifin balansı və qiymət konyukturasına müsbət təsir göstərəcək”, - şirkətin analitikləri hesab edirlər.
“Akron”un proqnozlarına əsasən, 2018-ci ildə bir ton karbamidin orta qiyməti $230 təşkil edəcək, bu da 2017-ci ilin göstəricisindən 5% çoxdur. **
N.Abbasova