2018-ci il mayın 31-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $5 mlrd. 471,4 mln. təşkil edib. Bu barədə AMB-nin saytında məlumat verilir.
2017-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $5 mlrd. 334,6 mln. təşkil edib. Beləliklə, 2018-ci ilin yanvar-may aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 2,5% artıb.
Apreldə qeydə alınmış azalmadan sonra may ayında AMB-nin valyuta ehtiyatlarının artımı bərpa olunub. Mayda ehtiyatlar 0,1% və ya $5,6 mln.-dək artıb.
Xəbər verildiyi kimi, 2017-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 34,2% artıb.*
A.Əzizov