Prezident İlham Əliyev iyunun 5-də Naftalan Şəhər Mərkəzi Xəstəxanasının açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Naftalan Şəhər Mərkəzi Xəstəxanasının inşasına 2015-ci ildə başlanılıb və 2018-ci ilin mayında tikinti işləri başa çatdırılıb.
Səhiyyə naziri Oqtay Şirəliyev prezidentə məlumat verib ki, 60 çarpayılıq xəstəxana ən müasir avadanlıqla təchiz olunub. Xəstəxanada cərrahiyyə, doğum bloku, doğumdan sonrakı fizioloji və hamiləliyin patologiyası şöbələri yaradılıb.
Xəstəxana 1,2 hektar ərazidə yerləşir.*
B.Rüstəmbəyov