1 may 2018-ci il tarixinə Azərbaycanda əhalinin bank əmanətləri 7 mlrd. 881,4 mln. manat təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
Xəbər verildiyi kimi, 2017-ci ilin sonuna banklarda əhalinin əmanətləri 7 mlrd. 561,2 mln. manat təşkil edib. Beləliklə, cari ilin yanvar-aprel aylarında əhalinin bank əmanətləri 4,2% artıb.
Aprel ayında əhalinin bank əmanətləri 224,2 mln. manat və ya 2,9% artıb.
2017-ci ildə Azərbaycanda əhalinin bank əmanətləri 1,5% artıb.*
A.Əzizov