2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatların (BOKT) kredit portfeli 2018-ci il aprelin 30-na 0,5% - 11 mlrd. 815,8 mln. manatadək artlıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
Mayın əvvəlinə vaxtı ötmüş kreditlərin həcmi 1 mlrd. 708,8 mln. manata (yanvar-aprel ayları ərzində artım 5%) və ya bütün kreditlərin 14,46%-i təşkil edir.
Aprelin 30-na dövlət payı ilə banklar tərəfindən 1 mlrd. 768,9 mln. manat (azalma 7,7%) və ya bütün keditlərin 15%-i, özəl banklar tərəfindən 9 mlrd. 653,7 mln. manta (artım 2,5%) və ya bütün kreditlərin 81,7%-i verilib. Qalan məbləğ BOKT-ların payına düşür.
2018-ci il mayın əvvəlinə verilən kredtlərin ümumi həcmindən 7 mlrd. 181,3 mln. manat milli valyutada ktreditlərin (artım 3,3%), 4 mlrd. 634,5 mln. manat xarici valyutada kreditlərin (azalma 3,5%) payına düşür. Bununla belə, aprel ayının yekunları üzrə xarici valyutada kreditlərin xüsusi çəkisi 39,2% təşkil edir (2017-ci ilin sonuna - 40,8%).
Cari ilin aprel ayının 30-na olan vəziyyətə görə, bankların kredit qoyuluşlarının strukturunda 1 mlrd. 991,8 mln. manat (bütün kreditlərin 16,9%-i) ticarət və xidmət sahəsinin, 308,7 mln. manat (2,6%) energetika, kimya və təbii sərvətlər sektorunun, 455,9 mln. manat (3,9%) kənd təsərrüfatı və emal sahəsinin, 515,3 mln. manat (4,4%) daşınmaz əmlak sahəsinin, 675,2 mln. manat (5,7%) sənaye və istehsalat sektorunun, 1 mlrd. 104,8 mln. manat (9,4%) nəqliyyat və rabitə sahəsinin, 4 mlrd. 689,4 mln. manat (39,7%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb. Bununla belə, yanvar-aprel aylarında ev təsərrüfatı sahəsinin kreditləşdirilməsi üzrə bankların portfeli 1,8% artıb. 2018-ci ilin aprel ayında cari ilin fevral ayı ilə müqayisədə istehlak kreditləşməsi üzrə bankların portfeli 1,2% artıb. **
A.Əzizov