Prezident İlham Əliyev 200 yerlik körpələr evi-uşaq bağçası binasının tikintisi üçün Naftalan Şəhər İcra Hakimiyyətinə 3 mln. manat vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Müvafiq sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.
Vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ayrılacaq.*
B.Rüstəmbəyov