Azərbaycan prezidenti İlham Əliyev qəzalı vəziyyətdə olanikimərtəbəli 3 binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Goranboy Rayon İcra Hakimiyyətinə 3 mln. manatın ayrılmasını tapşırıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
40 mənzilli yaşayış binasının tikintisi üçünvəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq.
Prezidentin Goranboy şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncamı bu gün dövlət başçısının saytında dərc olunub. **
N.Abbasova