Azərbaycanda Zaqatala ərazisində 5,5 bal gücündə zəlzələ olub. Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilir.
“Zəlzələ gecə yarısına yaxın saatlarda 12 km dərinlikdə baş verib”, - məlumatda deyilir.
Yeraltı təkanlar həmçinin Ermənistanın şimal-şərqində, Gürcüstan və Dağıstanda hiss olunub.
Yerli mətbuatın məlumatına görə, zəlzələ nəticəsində bəzi fərdi evlərdə çatlar əmələ gəlib.
Ciddi dağıntılar qeydə alınmayıb. **