Polşada fəaliyyət göstərən “Adventure Club Radoslaw Kasprzak” turizm şirkəti Azərbaycanlı Gənclər Şurasının təzyiqi altında Dağlıq Qarabağa təşkil etdiyi qeyri-qanuni turist səfərini təxirə salıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Problemin aradan qaldırılmasında Azərbaycanın Polşadakı səfirliyinin böyük rolu olub.
“Adventure Club Radoslaw Kasprzak” şirkəti səfirliyə Dağlıq Qarabağa nəzərdə tutulan səfərlərin ləğvinə dair rəsmi məlumat verib.*
B.Rüstəmbəyov