Azərbaycan sərhədçiləri tərəfindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazisinə keçməyə cəhd edən 2 nəfər saxlanılıb. Onlardan birinin 250 min manat ($147 min) məbləğində borcu olması səbəbindən ölkəni tərk etməsinə qadağa qoyulub. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat verir.
tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.
“ 4 iyun tarixində DSX-nin sərhəd qoşunlarının Zaqatala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Balakən rayonunun Mazımqara kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədində 2 nəfər Azərbaycan Respublikası vətəndaşı – 1983-cü il təvəllüdlü Hacılı Ramin və 1988-ci il təvəllüdlü Qasımov Fəxrəddin saxlanılıblar”, - məlumatda deyilir.
İlkin araşdırma zamanı R.Hacılının 250 min manat borclarının olması səbəbindən ölkədən çıxışına qadağa qoyulub. O, xaricə getməklə bu borcları işləyərək qaytarmağa çalışmasını bildirib.
F.Qasımovun isə bu əməlin həyata keçirilməsində R.Hacılıya köməklik etməsini etiraf edib.
“Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb”, - məlumatda qeyd olunur. **
A.Əzizov