MDB ölkələrinin müdafiə nazirləri ilk dəfə Silahlı Qüvvələrin maraqlarına uyğun olaraq peyk rabitəsinin birgə istifadəsinə dair hökumətlərarası saziş imzalamağı planlaşdırırlar. Bu barədə MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev deyib.
"Qeyd etmək lazımdır ki, Şuranın iclasında ilk dəfə hökumətlərarası sazişin imzalanması planlaşdırılır. Bu saziş Silahlı Qüvvələrin maraqları çərçivəsində peyk rabitəsinin birgə istifadəsi və geoməkan informasiya mübadiləsi sahəsində əməkdaşlığın yeni aspektlərini müəyyən edir", - deyə o, bu gün Kızıl şəhərində MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının iclasında çıxışı zamanı bildirib.
İcraiyyə Komitəsinin sədri qeyd edib ki, bu gün müzakirə olunan layihələrin böyük hissəsi yekun qərarların qəbul edilməsi üçün MDB ali orqanlarının müzakirəsinə çıxarılacaq.*