Azərbaycanda sürücülük vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə dövlət rüsumunun artırılması təklif olunur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə parlamentdən bildirilib.
Müvafiq düzəlişlər layihəsi parlamentə təqdim olunub.
Sənədə əsasən sürücülük vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə dövlət rüsumunun 18 manatdan 25 manatadək artırılması təklif olunur.
Bundan başqa, avtomobil nəqliyyatı vasitələrinin dövlət qeydiyyatının aparılmasına görə rüsumun 17 manatdan 25-dək artırılması nəzərdə tutulur.
Sözügedən düzəlişlərə parlamentin iyunun 12-də keçiriləcək iclasında baxılacaq.*
A.Əzizov