"AXA MBASK" sığorta şirkəti nizamnamə kapitalını 21,2% - 23 mln. 933,828 min manatadək artırıb.
"Nizamnamə kapitalı 4 mln. 200,09 min manatlıq səhmin əlavə emissiyası hesabına 23 mln. 933,828 min manatadək artırılıb", - deyə şirkətin məlumatında bildirilir.
Əlavə emissiya hər birinin nominal dəyəri 382 manat olan 10,995 min ədəd səhmə bölünüb.
"Səhmlər qapalı abunə yolu ilə yerləşdirilib. Əlavə emissiyanın bütün həcmi bir səhmdar tərəfindən əldə edilib", - deyə məlumatda qeyd olunur.
“AXA Mbask” sığorta şirkəti 1992-ci ildə yaradılıb və toplanan sığorta haqları və həyata keçirilən ödənişlərin həcminə görə Azərbaycanın aparıcı sığorta şirkətlərinin onluğuna daxildir. Şirkətin yeganə səhmdarı “AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros” (İspaniya) şirkətidir.
2017-ci ildə şirkətin sığorta haqları 22 mln. 285,6 min manat, ödənişləri 12 mln. 333,516 min manat təşkil edib.*
A.Əzizov