Fövqəladə hallar naziri Kəmaləddin Heydərov dünən təxminən 6 bal gücündə zəlzələnin baş verdiyi şimal-qərb bölgəsində səfərdədir. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
«K.Heydəyov zəlzələ bölgəsindəki vəziyyətlə tanış olmaq üçün Zaqatala rayonunagəlib”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, saat 22:40 radələrində Zaqatala rayonunda zəlzələ baş verib. Episentrdə təkanlar 6, ətraf rayonlarda isə 3-5 bal gücündə olub. Zəlzələ 16 km dərinlikdə baş verib.
Yeraltı təkanlar Ermənistan və Gürcüstanın şimal-şərqində, o cümlədən Dağıstanda da hiss olunub.
Zəlzələ nəticəsində ciddi dağıntılar qeydə alınmayıb.
Bu gün Zaqatala və Qax rayonlarında zəlzələdən sonra 7 afterşok qeydə alınıb.*
N.Abbasova