Avqust ayında Qazaxıstanda keçirilməsi planlaşdırılna “Xəzər beşliyi”nin sammitində hazırda üzərində intensiv işin aparıldığı Xəzər dənizinin hüquqi statusunda dair Konvensiyanın imzalanması nəzərdə tutulur. Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin məlumat verib.
“Hazırda “Xəzər beşliyi” tərəfindən intensiv iş aparılır, Konvensiyanın hazırlanmasına dair işçi qrupu yaradılıb”, - Q.Karasin bu gün Dövlət Dumasında RF ilə Türkmənistan arasında strateji tərəfdaşlığa dair müqavilənin ratifikasiyası məsələsi ilə bağlı müzakirə çərçivəsində bildirib.
Cari ilin avqust ayında “Xəzər beşliyi”nin sammitinin keçirilməsi planlaşdırılır. Bu, güman ki, Qazaxıstanda olacaq. “Tərəfdaşlarımızla bilikdə bu Konvensiyanın məhz avqustda sammitdə imzalanmasına ciddi olaraq hazırlaşırıq”, - nazir müavini deputatların suallarına cavabında qeyd edib. **